Şimal-qərb küləyi əsəcək. Gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Hazırda Bakı və Abşeron yarımadasında əsən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. İyunun 19-20-də mülayim külək əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
İnterpress.az