Bundan sonra onlayn vasitələrlə söyüş söyən insanlar 250 min dirhəm (71 300 manat) həcmində pul cəriməsi ödəmək məcburiyyətində qala və ya həbs edilə də bilərlər.
Artıq bunun ilk nəticələri də var. Belə ki, əmirlik vətəndaşı “WhatsApp”la həmsöhbətini nalayiq söyüşlə təhqir etdiyi üçün qanunla cəzalandırılıb. İlk əvvəl o, 3 min dirhəm (855 manat) cərimə ödəməli olub. Ancaq sonradan BƏƏ-nin Ali Məhkəməsi bu cəzanı olduqca yumşaq hesab edib və daha da sərtləşdirib. Hazırda proses tam yekunlaşmayıb.
Məhkəmə çəkişməsi ancaq söyüş, təhqir olmaya da bilər. “Al-Arabiya”nın məlumatına görə, buna orta barmağı göstərən “Emoji” smaylı da səbəb olar bilər.
İnterpress.az