Avropada Müsavatın Koordinasiya Mərkəzi yaradılır – FOTOLARbackend

Avropada Müsavatın Koordinasiya Mərkəzi yaradılır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə çıxış edən Arif Hacılı əvvəlcə Müsavat Partiyasında son qurultay barədə məlumat verib. Eyni zamanda Avropa Parlamentində keçirilən görüşlə bağlı görüş iştirakçılarını məlumatlandırıb.

Arif Hacılı Müsavat Partiyasında seçkilərdə və daha sonrakı proseslərdə saxtakarlıq olmadığını vurğulayıb. Bundan sonra da Avropada dəstəyə ehtiyacı olan soydaşlarımıza kömək göstəriləcəyini bildirib.

Görüşdə qərara alınıb ki, Avropada Müsavat Partiyasının Koordinasiya Mərkəzi yaradılsın. Mərkəzin yaradılması ilə bağlı təşkilati məsələlər İlham Həsənə həvalə olunub.

Yeni yaradılacaq mərkəzin Müsavata yönəlik saxta sənəd ittihamlarının aradan qaldırılacağı istiqamətində rolu olacağı vurğulanıb.

Qeyd edək ki, görüşdə Eldəniz Yusifov, İlham Həsən, Əhməd Cəlaloğlu, Çağlar Qasımov, Ləman Talıbova olmaqla ümumilikdə 30-a yaxın şəxs iştirak edib.

Avropada Müsavatın Koordinasiya Mərkəzi yaradılır - FOTOLAR

Avropada Müsavatın Koordinasiya Mərkəzi yaradılır - FOTOLAR

Elnarə
İnterpress.az