Şəhər ərazisində “Hyundai” və “Ford” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində \”Hyundai\” markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
İnterpress.az