Bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, suya tullanma, akrobatika, aerobika, batut gimnastikası, bədii gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.
Oyunların 8-ci günü çərçivəsində 11 dəst medal oynanılacaq: 2-si suya tullanma, 2-si akrobatika gimnastikası, 1-i bədii gimnastika, 2-si atıcılıq, 2-si stolüstü tennis, 2-si isə taekvondoda.
Azərbaycan idmançıları stolüstü tennis və su polosundan başqa, gün ərzində bütün yarışlarda qüvvələrini sınayacaqlar.
İnterpress.az