Bu gün yarışların növbəti günündə 3 kişi, ikisi qadın olmaqla 5 boksçumuz mübarizəyə qoşulacaq.
Kişilər
56 kq
Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun ilk görüşündəki rəqibi rumıniyalı Nikolae Andreiana olacaq. Təmsilçimizin rinqə saat 15:00-da çıxacağı gözlənilir.
81 kq
Dünən Böyük Britaniyadan Joşua Buatsiyə qalib gəlməklə 1/8 finala vəsiqə qazanan Teymur Məmmədov çıxışını davam etdirəcək. Avropa çempionumuz və Olimpiya oyunlarının bürünc mükafatçısı bu mərhələdə polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Döyüşün saat 21:15-də başlayacağı gözlənilir.
+91 kq
Ən ağır çəki dərəcəsində ölkəmizi Məhməmədrəsul Məcidov təmsil edəcək. Mübarizəyə 1/8 finaldan başlayacaq ikiqat dünya çempionumuz və Olimpiya Oyunlarının bürünc mükafatçısı bu mərhələdə Gürcüstan təmsilçisi Mixail Baxtidze ilə qarşılaşacaq.
Görüşün startı saat 21:45-ə nəzərdə tutulub.
Qadınlar
51 kq
Qadın boksçularımızdan rinqə ilk olaraq Anaxanım Ağayeva çıxacaq. Gənc boksçumuz 1/8 finalda Polşa təmsilçisi Sandra Drabiklə döyüşəcək. Bu görüşün saat 13:15-də başlayacağı gözlənilir.
75 kq
Digər qadın boksçumuz Leyla Cavadova da mübarizəyə 1/8 finaldan başlayacaq. O, ilk görüşündə rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gələcək. Onun saat 19:00-da rinqə çıxacağı gözlənilir.
İnterpress.az