35 illik mühafizəçisi Dəmirəldən danışdı: “Sonunda qadın gücünü göstərdi”backend

35 illik mühafizəçisi Dəmirəldən danışdı: “Sonunda qadın gücünü göstərdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mühafizə xidmətinin rəisi Dəmirəlin mül-mülkünün olmadığını vurğulayıb: “Sadəcə bir evi vardı, o da 3 qardaşın ortaq malı idi. Prezidentliyinin müddəti bitirdi, bir gün məni çağırdı. Dedi ki, Nəzmiyədən açarı al, evə gedək, evi düzəldək. Mən də gedib evə baxdım. Həmin evə 6-7 ildir gedilməmişdi, hər şey bərbad gündə idi. Dedik ki, kresloları yenisi ilə əvəz edək. Ancaq Dəmirəl etiraz etdi ki, yenisini almayaq. Ancaq üzlərini dəyişək. Türkiyənin son 50 ilinə damğasını vuran bir adam idi. Təbii ki, sözünü yerinə yetirdik. Gedib kreslolara üz çəkdirdik. Xanım 15 gün dava etdi. Əşyaların köhnə olduğunu deyirdi, dəyişdirilməsini istəyirdi. Ancaq bəy razılaşmırdı, yeni əşyalar almaq istəmirdi. Sonunda qadın gücünü göstərdi. İspartadan iki xalça gətirildi, evi bir az düzənlədik. Ondan başqa evdə heç bir iş aparılmadı. Mən iddia edirəm. Mənim evimdəki əşyalar onun evindəki əşyalardan daha yaxşı idi. Evdə xidmətçi yox idi, ancaq bir kürd Əhməd vardı. O da gah yemək bişirməyə kömək edir, gah ev təmizləyirdi. Sadə bir Anadolu yaşamı idi”.

İnterpress.az