Əjdər Tağızadə sərsəmləmələri, yaxud DAK-ı dağıtmaq istəyənlər yenə fəallaşıbbackend

Əjdər Tağızadə sərsəmləmələri, yaxud DAK-ı dağıtmaq istəyənlər yenə fəallaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yel qayadan nə qoparasıdır ki… Bu sərsəmliyin dərc olunduğu ünvan da elə çox şey deyir. Adam, illərlə fəal ictimai fəaliyyətdən kənarda olan və populist yazıları təhqir və təhdid müstəvisində qurduğuna görə həbs həyatı yaşayan biri yenidən gündəmə gəlmək üçün səndən istifadə edir. Yəni bunudamı başa düşmür Əjdər Tağızadə? Başa düşmür ki, ondan istifadə edirlər, özü də ki, bir dəfəlik istifadə… Daha heç vaxt nə o saytın, nə o şəxsin yadına Əjdər Tağızadə düşəcək: bundan sonra istifadəyə yararsız olacaq…. Bax belə… O ki qaldı həmin sicilləmədəki fikirlərə, müsahibəsində Səftər Rəhimli adlı birisini göylərə qaldıracaq qədər alçalan Əjdər Tağızadənin 2011-ci ilin iyul ayında “Şərq” qəzetinə açıqlamasında elə həmin Səftər Rəhimli haqda dedikləri hər şeyə cavab ola bilər. Oxu, Əjdər Tağızadə, oxu, bir zaman Səftər Rəhimliyə aid etdiyin fikirləri indi necə haqq etdiyini. Gör və ayıbına kor ol: \”Deməli, Səftər Rəhimli (oxu Əjdər Tağızadə-red) DAK-da işlədiyi zamanlar bu neqativ halları görmürdü. İndi gözü açıldı. Bəs ondan soruşmaq lazımdır ki, indiyə qədər niyə susurdu? Bu günə qədər niyə demirdi? DAK fəaliyyətə başladığı gündən üzü bu yana həmişə obyektiv və qərəzsiz fəaliyyət göstərib. Heç kəs bunun əksini iddia və sübut edə bilməz. Mən qeyd edim ki, bu bizim qarşılaşdığımız ilk hadisə deyil. Bundan əvvəl də işdən çıxarılanlar eyni bəyanatla çıxış etmişdilər ki, DAK- da neqativ hallar var. Həmsədrlər bizi yenidən öz vəzifəmizə bərpa etməsələr, hər şeyi açıb deyəcəyik. Mən hələ də başa düşə bilmirəm. Bunların ağlı dünənə qədər harda imiş? Əgər neqativ hallar vardısa, bunları vaxtında deyərdiniz. İkili rol oynamaq nəyə lazımdır\”. DAK müqqəddəs bir milli qurum olaraq tanınıb və yoluna bu şəkildə davam etməlidir. Onu birbaşa dövlətlərin qarşısına çıxarmaq çox böyük səhv olar. Güney Azərbaycandan olan mühacir soydaşlarımız tərəfindən qəbul olunmayan, Mahmudəli Çöhrəqanlı, Eldar Qaradağlı, Cavad Derəxti, Səbri Təbrizli, Əhməd Obalı və digər tanınmış aydınlarımızla yollaşmayan bir şəxsin indi də DAK-a və onun rəhbərliyinə çamur atmasının arxasında bəlkə də başqa mətləblər durur. Görün adam nə deyir: “Firudin Pərviznian ilə Sabir Rüstəmxanlı DAK-ın həmsədri oldular. Amma bundan sonra da DAK-da heç bir iş görülmədi, təşkilatlanma üçün heç bir addım atılmadı”. Allahın olsun, Əjdər Tağızadə!!! Yarandığı zaman amorf təşkilat olan DAK-ı bu illər ərzində aktiv təşkilat halına gətirən, ABŞ, Kanada, Avstraliya, Avropada – özü də ali dövlət qurumları qarşısında məhz millət vəkili mandatından da bəhlənərək Güney Azərbaycan məsələsini qaldıran, Vətənimizin o tayının dərdlərini BMT tribunasınadək daşıyan Sabir Rüstəmxanlının zəhmətini necə dandınız? Bunu nə vicdan, nə iman götürməz!!! Sabir Rüstəmxanlının sədrliyi dönəmində DAK İrandakı fars şovinist rejiminin 35 milyondan çox soydaşımıza qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, orada insan haqlarının pozulması, qurumaqda olan Urmiya gölü ilə bağlı dəfələrdə bəyanat yayıb. DAK-ın elə bir tədbiri olmayıb ki, orada Güneylə bağlı çıxışlar olmasın. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə \”dəyirmi masa\”lar, simpoziumlar keçirilib. Hətta bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana nota göndərib. Axı bütün bunlar Əjdər Tağızadənin gözü qarşısında olub. İndi bunları unutmaq üçün insanın ya özünün, ya da vicdanının gözü kor olmalıdır. Və həmin bu kor insan müsahibəsində deyir ki, Sabir bəyi DAK-ın başına mən gətirmişəm, adamdan soruşurlar, sən o zaman DAK-da kim idin? Bəlkə tam tərsi olmuşdu, səni DAK-ın rəhbər orqanlarında təmsil olunman üçün Sabir Rüstəmxanlı gətirmişdi? Sənə görə ondan Güneydən olan bir çox ziyalı küsmüşdü və nə qədər “Əjdər kimi adam oradadır, biz ora gəlməyəcəyik” demişdilər? Bir yaxşı-yaxşı düşün. Axı bütün bunlar heç də uzaq zamanın işi deyil…

Əjdər Tağızadənin məntiqindən belə çıxır ki, o bu gün DAK-da yoxdursa, DAK da yoxdur. DAK-ı fəaliyyətsizlikdə ittiham etmək haqsızlıqdır. İnternetdə kişik bir axtarış kifayət edər ki, DAK-ın keçirdiyi tədbirlərlə tanış olasan. Və həmin tədbirlərin bir çoxunda Əjdər Tağızadənin çıxışları var. Əjdər Tağızadə xaricdə keçirilən tədbirlərin çoxunda iştirak edib. Müəyyən adamlar məqsədli şəkildə İstanbulun köşələrində oturmuşdular ki, DAK-ın qurultayını dağıtsınlar. Özlərinin çirkin məqsədlərinə nail olmaq istəyirdilər ki, bacarmadılar. O insanların uduzmağının səbəbidir ki, Əjdər Tağızadəni bu cür danışdırırlar. Bu gün bir daha aydın olur ki, DAK-ı dağıtmaq istəyən qara qüvvələr yenidən aktivləşib.

DAK.az Analitik Qrupu
İnterpress.az