Radik İsayev qızıl medal qazandıbackend

Radik İsayev qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarışların son günü ağır çəkili taekvondoçular – kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdiriblər.

Azərbaycan millisi son gündə hər 2 çəki dərəcəsində təmsil olunub və Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa Oyunlarında qazanılan bu 13-cü qızıl medal taekvondo yığmamızın 5-ci mükafatı olub. Dünya çempionumuza kimi, Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) 1-ci, Fəridə Əzizova (67 kq) 2-ci, Patimat Abakarova (49 kq) 3-cü yeri tutmuşdu.

Kişilər
+80 kq

İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.

İsayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayıb. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və taekvonduçumuz çıxışını qələbə ilə yekunlaşdırıb. Larini 4:3 hesabı ilə məğlub edən Radik titulları sırasına Avropa Oyunlarının qalibi adını da əlavə edib.

Bu yığmamızın 13-cü “qızıl”ı, ümumilikdə isə komandamızın 30-cu mükafatı olub.

Qadınlar
+67 kq

Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Koniyeva isə yarımfinalda uduzduğundan Tedeyeva təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

İnterpress.az