Avtomobil qayaya çırpıldı: 4 yaralıbackend

Avtomobil qayaya çırpıldı: 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi \”Mitsubishi\” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların 3-nün vəziyyətini orta ağır qiymətləndirilər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az