Pakistanda 45 dərəcə isti: 120 ölübackend

Pakistanda 45 dərəcə isti: 120 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, səhiyyə rəsmiləri ən çox ölümün 45 dərəcə isti müşahidə edilən Karaçi şəhərində olduğunu deyiblər.

Şəhərdə ekstremal hava şəraiti ilə əlaqədar elektrik enerjisinə olan tələbatın artması əksinə enerjinin azalmasına gətirib çıxarıb.

Karaçidə Jinnah Xəstəxanasının təcili yardım şöbəsinin başçısı bildirib ki, zərərçəkənlərin əksəriyyəti yaşlılar olub.

Əyalətin səhiyyə naziri Səid Mangnejo deyib ki, şənbə günündən bəri Karaçidə 114 nəfər, Sind əyalətinin digər bölgələrində isə 8 nəfər isti hava şəraitinin qurbanı olub.

Pakistan meteoroloji idarəsindən verilən məlumata görə, isti və rütubətli hava şəraiti bazar ertəsi də davam edəcək. Hava çərşənbə axşamı sərinləməyə başlayacaq.
Karaçidə temperatur həddinin tarixi rekordu 47 dərəcə olub və 1979-cu ildə qeydə alınıb.

Ötən il isə isti havaya görə qonşu Hindistanda təxminən 1700 adam dünyasını dəyişmişdi.

İnterpress.az