Bunu İnterpress.az-a Gəncədə ananın iki azyaşlı övladını öldürməsi ilə bağlı xəbərə münasibət bildirən “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Mehriban Zeynalovanın sözlərinə görə, artıq 2-ci olan bu hadisə SOS-dur: “Hadisə törədilənə qədər bu insanın dünyagörüşü, ailə münasibətləri, psixi vəziyyəti, dini baxışları, əri tərəfindən hansısa zorakılığın olub-olmaması, qaynana-qaynata münasibətləri, bir sözlə, hər şey araşdırılmalıdır. Çünki bu Azərbaycan üçün sıradan bir hadisə deyil. Bu artıq SOS-dur. Əgər hadisə soyuqqanlı törədilibsə, onda ehtimallar müxtəlif ola bilər. İstintaq getdiyi üçün hansısa ehtimalı irəli sürüb çaşqınlıq yaratmaq istəmirəm. Amma burda 2 aspekt mümkündür- soyuqqanlı həyata keçirilən qətl və ya affekt vəziyyətinə çatdırma nəticəsində baş verən qətl. Əgər hadisə birinci ehtimalla bağlıdırsa, o zaman bu, geniş araşdırılmalıdır”.
Elnarə
İnterpress.az