Bakıda polis-sürücü davasıbackend

Bakıda polis-sürücü davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.

Evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.

Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.

Hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb. Döyülən şəxs \”Nissan-Sanni\” markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, heç də onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.

Sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar. ( musavat.com )

Bakıda polis-sürücü davası

Bakıda polis-sürücü davası

İnterpress.az