Qanunsuz miqrasiyaya qarşı hərbi-dəniz əməliyyatı başlayırbackend

Qanunsuz miqrasiyaya qarşı hərbi-dəniz əməliyyatı başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, əməliyyat miqrasiya problemini həll etməyə yönəlib. Probelemin həllinə yönəlik qərar xarici işlər nazirləri tərəfindən qəbul edilib.

Əməliyyat qaçaqmalçıların insan ticarətinin qarşısını almağa yönələcək.

Avropa İttifaqının bu qərarı verməsinə səbəb son zamanlar qanunsuz miqrasiyanın artması və çox sayda insanın ölümü ilə nəticələnən hadisələrdir. Belə ki, son olaraq Aralıq dənizində Liviyadan olan 700 qanunsuz miqrantı daşıyan gəmi batmışdı.

Ümumiyyətlə isə bu il dənizdə batan qanunsuz miqrantların sayının 1700-dən artıq olduğu bildirilir.

İnterpress.az