3 illik səfir qalmaqalı bitdibackend

3 illik səfir qalmaqalı bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, prezident Sisi xarici işlər nazirinin diplomatik və siyasi əlaqələr üzrə müavini Hazim Hayratı bu posta təyin edib. Əvvəllər bu vəzifədə olmuş Atif Salamdan isə bundan sonra ölkəsini Kubada təmsil edəcək.

Qeyd edək ki, Misirin çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezidenti Məhəmməd Mursi İsrailin 2012-ci ildə Qəzzaya hücumlarına görə İsraildəki səfiri Atif Salamdanı geri çağırmışdı.

İsrail baş naziri Binyamin Netanyahu da öz növbəsində Misirin İsrailə səfir təyin etməsini alqışlayıb.

Netanyahu yazılı açıqlamada, \”Misir hökumətinin İsrailə səfir təyin etməsi qərarını təbrik edirəm. Bu qərar iki ölkə arasındakı əlaqəni gücləndirir\” ifadəsini işlədib.

İnterpress.az