Milli Şuradan Rüstəm İbrahimbəyovun qalmaqallı müsahibəsinə reaksiyabackend

Milli Şuradan Rüstəm İbrahimbəyovun qalmaqallı müsahibəsinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov onun Amerika mətbuatında dərc olunan qalmaqallı müsahibəsinə münasibət bildirərkən deyib.

Namizəd Səfərov qeyd edib ki, Rüsətm İbrahimbəyov müsahibəsində sülhün bərqərar olunmasının zəruriliyini qeyd edir: “İstənilən müharibə və ya münaqişəyə sonda sülhlə yekun vurulmalıdır. 20 ildən çoxdur ki, torpaqlarımızın 20 % -i işğaldadır. On minlərlə vətəndaşımız həlak olub, itkin düşüb. Sülh çağırışları səsləndirmək heç vaxt qəbahət hesab oluna bilməz. Yalnız böyük insanlar buna qadir olurlar.Rüstəm İbrahimbəyov məhz belə böyük insanlardandır. Düşünürəm ki, erməni ziyalılarından da bir nəfər ağıllı insan meydana çıxaraq bizə qarşı tutduqları mövqeyin tamamilə səhv olduğunu onlara anlada biləcək”.

Elnarə
İnterpress.az