Hadisə şahidlərinin verdikləri məlumata görə, bu səbəbdən qatarlar 20-30 dəqiqə yubanıb. Nəticədə demək olar ki, bütün stansiyalarda sərnişin sıxlığı yaranıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında metroda nasazlığın yarandığını təsdiqlədi. Onun sözlərinə görə, metronun \”Nəriman Nərimanov\” stansiyasında texniki nasazlıq yaranıb. Bu səbəbdən də, bütün istiqamətlərdə qatarların qrafikində yubanmalar olub.
\”Hazırda texniki nasazlıq aradan qaldırılıb. Qatarların qrafiki qaydasına salınır\”, – deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, hadisə nəticəsind xəsarət alan olmayıb. ( anspress.com )
İnterpress.az