Müsavat yeni Qadınlar Birliyi yaradırbackend

Müsavat yeni Qadınlar Birliyi yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a açıqlamasında partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib.

Razim Əmiraslanlının sözlərinə görə, artıq 15 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsində Sevinc Hüseynova, Nüşabə Sadıxlı, Ayla Yaqubova, Dilşad Ələkbərli, Vəfa Cümşüdlü təmsil olunur. Təşkilat Komitəsi yaxın zamanda öz iclasını keçirəcək.

Xatırladaq ki, Ellada Məmmədli partiya üzvlüyündən çıxarıldıqdan sonra Qadınlar Birliyinin buraxıldığı elan edilmişdi. Bundan daha əvvəl isə partiyanın qadın üzvlərinin bir qrupu istefa verdiyini bəyan edərək Qadınlar Birliyinin buraxıldığına dair bəyanat yaymışdılar.

Elnarə
İnterpress.az