Oğuz sakini intihar edibbackend

Oğuz sakini intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Oğuz şəhərində qeydə alınıb. Oğuz şəhər sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə övladları tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları araşdırma zamanı 53 yaşlı Məhəmməd Hüseynovun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, mərhum 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirib. Onun üç övladı var.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. ( apa )

İnterpress.az