Pakistanda istidən ölənlərin sayı 800-ə çatıbbackend

Pakistanda istidən ölənlərin sayı 800-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Karaçidə 744 nəfərin, digər bölgələrdə də 38 nəfərin istidən öldüyü məlumdur. Təkcə Karaçidə temperatur 45˚-dən yuxarıdır.

Ölkədə istidən ölənlərin meyitlərini saxlamaq üçün morqlarda yer qalmadığı bildirilir.

Dəhşətli istilərə görə Pakistanın baş naziri Navaz Şərif xüsusi tədbirlərin görülməsi ilə bağlı müraciət edib. Pakistan ordusu günvurma halları ilə bağlı hadisələrə nəzarət etmək üçün mərkəzlər qurub.

Bununla belə, əhali lazımi tədbirlərin görülmədiyinə görə hökuməti qınayır. Həmçinin elektrik enerisi kəsintilərinə görə hava sərinlədicilər də işləmir.

İnterpress.az