İrəvanda barrikada quruldubackend

İrəvanda barrikada quruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, polis etirazçılara hər hansı bir addım atmamaq xəbərdarlığını edib.

Səhər saat 7-dək etirazçılar ərazidə olan zibilləri yığışdırıblar. Gücləndirici səs vasitəsilə mitinqçilərə elan edirlər ki, kim bütün gecə boyu oturaq aksiyası keçiribsə, o, əvəzlənə bilər. Aksiya iştirakçılarına yemək və su gətirilir. Onlar liderlərinin olmadığını da etiraf ediblər.

Dünən axşam isə onlara bir çox deputatlar, aktyorlar və şou-biznesin nümayəndələri qoşulublar.

Aktyor Ovanes Azoyan təklif edib ki, etirazçılar Azadlıq Meydanına qayıtmalıdırlar. Təklif isə qəbul edilməyib. Bildirilib ki, Baqramyan prospektində mitinq etmək onlar üçün sərfəlidir.

Nəticədə etirazçılar polisə müraciət ediblər ki, heç kəsi onların yanına göndərməsinlər.
Gecə bir qrup insan prezident Serj Sarkisyanla görüşmək istəyib. Ancaq bu istək də çoxları tərəfindən bəyənilməyib. Ərazidə şəhər sakinləri zibil qutularından barrikada qurublar.

Oturaq aksiyası keçirənlər “Serjik get” şüarını səsləndiriblər. Onlar aksiyaların tələbləri yerinə yetənədək davam edəcəyini bəyan ediblər.

İnterpress.az