Hacıqabulda yol qəzası baş verib: ölən varbackend

Hacıqabulda yol qəzası baş verib: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 145-ci kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Mətləb Pirməmməd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, onun ailə üzvləri – 1989-cu il təvəllüdlü Məmmədova Rövşanə Səxavət qızı və 2014-cü il təvəllüdlü Məmmədli Mətləb Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qəzada xəsarət alan bir nəfər isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az