Terror aktı zamanı məsciddə 2 min insan namaz qılıb.
Şəhərin qərbindəki Əl İmama Əl Sadiq məscididnə edilən hücum nəticəsində ölən və yaralananlar olub.
Küveyt valisi Tabet Əl Muhanna \”Reuters\”ə açıqlamasında hazırda 4 olan ölü sayının arta biləcəyini istisna etməyib. Belə ki, hücum zamanı yaralanan 8 nəfərin də vəziyyəti kritikdir.
Həkimlərin məlumatına görə, isə artıq 13 nəfər ölüb.
Şahidlər 30 yaşlarında olan gənc kamikadzenin məsciddə özünü partlatdığını deyiblər.
Terror aktına görə, məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Bu günün ilk terror aktı deyil. Tunisdə də turistlərin qaldığı iki mehmanxana terrorçuların hədəfi olub. Daxili İşlər Nazirliyi Suse qəsəbəsində iki otelə olan silahlı hücum zamanı azı 27 nəfərin öldüyünü açıqlayıb.
İlk hücum \”İmperial\” adlı dəniz sahilindəki otelə olub. Əlində silahla foyeyə girən naməlum şəxslər turistlərə atəş açmağa başlayıblar. Otelə atəş açanlardan birini polis zərərsizləşdirə bilib. İkinci silahlı isə hadisə yerindən qaçıb.
Xatırladaq ki, bu gün Fransa da bənzər hadisə qeydə alınıb. Lyon şəhərində iki şəxs qaz fabrikinə basqın edib. Bir nəfərin başı kəsilmiş meyiti tapılıb. Kəsik başın üzərində ərəb dilində yazılar olduğu bildirilir. ( anspress.com )
İnterpress.az