Obama homoseksual nikahını təsdiqlədibackend

Obama homoseksual nikahını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Barak Obama bu qərarı “Amerika üçün qələbə” adlandırıb. Onun sözlərinə görə, bundan sonra amerikalılar daha azad və bərabər olacaqlar.

Obama bu xəbərin uzun zamandır ki, öz hüquqları, evlərində böyütdükləri uşaqların haqları uğrunda mübarizə aparan cütlüklər üçün çox sevindirici olduğunu qeyd edib:

“Eynicinslilərin nikahının qanuni elan olunması Amerika cəmiyyətinin bütövləşməsinə xidmət edəcək”.

Qeyd edək ki, bu günə qədər Amerikanın yalnız 37-i ştatında eynicinslilərin nikahına qanunla icazə verilirdi. Qərardan sonra isə bütün ölkə ərazisində evlənmək istəyən homoseksuallara yaşıl işıq yanacaq.

İnterpress.az