Vladimir Putin Rusiya yığmasını qələbə münasibəti ilə təbrik edibbackend

Vladimir Putin Rusiya yığmasını qələbə münasibəti ilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində yaradılmış Azarkeş Evindən APA-ya verilən məlumata görə, təbriki idmançılara Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çatdırıb.

Təbrikdə deyilir:

“Hörmətli dostlar! Rusiya Birinci Olimpiya Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib olub. Bizim yığmamız ölkə idmanında yeni parlaq səhifə yazıb və çox vacib yüksəkliyi fəth edib. Sizləri təbrik edirəm! Əhsən!

Yarışlar gərgin keçib. Uğur təkcə şəxsi ustalıqdan yox, psixoloji dayanaqlılıq, komandanın birliyi və iradə gücündən asılı idi. Siz tam mənası ilə bu xüsusiyyətləri nümayiş etdirdiniz. Məşqçilərinizə, sizlərə Bakıdakı yarışlarda layiqincə çıxış etməkdə yardımçı olmuş bütün hər kəsə xüsusi təşəkkürlərini çatdırıram. Sizlər birlikdə sübut etdiniz ki, bizim yığmamızın böyük potensialı və yaxşı ehtiyatları var. Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında Rusiyanın uğurlu iştirakının təminatıdır.

Bir daha sizləri zəfər münasibətilə təbrik edirəm! Sağlamlıq və yeni qələbələr arzulayıram”.

İnterpress.az