Çinin türk düşmənliyi: “Təzyiq” müsəlmanlara yox, türklərədir…backend

Çinin türk düşmənliyi: “Təzyiq” müsəlmanlara yox, türklərədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, xüsusilə Ramazan ayında Şərqi Türkistan xalqının ibadət etməsininə maneə törədən Çin hökumətinin siyasəti dünyada da böyük reaksiyaya səbəb olur. Bu hadisələrdən sonra bir sual yaranır: bölgədə etnik soyqırım varmı? Şərqi Türkistan Sürgün Hökumətinin başçısı İsmət Sezgin Çində uyğur və kazak türklərindən əlavə 50 milyon müsəlman əhalinin olduğunu vurğulayıb. Sezgin \”Pekin hökuməti çinli müsəlmanlara ibadətlərindən ya da dini mənsubiyyətinə görə heç bir təzyiq göstərmədikləri halda, müsəlman türk xalqına etnik mənsubiyyətinə görə təzyiq göstərməsini etnik soyqırım olaraq görürəm. Bütün bu təzyiqlərə baxmayaraq bu Ramazan ayının verdiyi dincliklə Pekin hökumətini tolerantlığa dəvət edirəm. Hadisələrə insani baxımdan yanaşılması lazımdır” deyə bildirib.

\”Çində insanlıq dramı yaşanır\”

Şərq Türkistan Sürgün Hökumətinin başçısı İsmət Sezgin, Şərq Türkistanda müsəlman türklərə qarşı təzyiqi belə qiymətləndirib: “Şərqi Türkistanda ciddi bir insanlıq dramı yaşanır. Oradakı müsəlman türk qardaşlarımız dini mənsubiyyəti və milli kimliyinə görə ağır təzyiq altındadır. Lakin xüsusilə Ramazan ayında meydana gələn dini inanclara və ibadətlərə yönəlik təzyiqlərin əsasında milli kimliklərinin türk olması durur. Çünki Çində uyğur və kazak türklərindən başqa 50 milyon müsəlman var”.

Çində etnik təmizləmə varmı?

“Pekin hökuməti çinli müsəlmanlara ibadət və dini mənsubiyyətlərinə görə heç bir təzyiq görtərmir. Sadəcə müsəlman türklərə qarşı, onların etnik mənsubiyyətinə görə təzyiq göstərməsini etnik təmizləmə olaraq görürəm. Bütün bu təzyiqlərə baxmayaraq Ramazan ayının verdiyi dincliklə Pekin hökumətini tolerantlığa çağırıram. Hadisələrə insani baxımdan yaxınlaşmaq lazımdır” deyə Sezgin vurğulayıb.

Çinin türk düşmənliyi: "Təzyiq" müsəlmanlara yox, türklərədir...

\”Çinin qlobal bir güc olması üçün …\”

“Çin Xalq Respublikası qlobal güc olmaq istəyirsə, mütləq içindəki problemləri çözməlidir. Mədəniyyət səviyyəsini inkişaf etdirmək lazımdır. Bunu etməsi üçün də ölkə sərhədlərinin içərisindəki insan hüquqları və problemlərini həll etməlidir. Həll etmədiyi təqdirdə Çin əsla qlobal güc olmayacaq. Bölgədə narahatlığın olması Çinin inkişafının əngəllənməsi deməkdir. Bu səbəbdən Çin qonşularıyla yaxşı davranmaq və iqtisadi inkişafı reallaşdırmaq istəyirsə, Şərqi Türkistan problemini həll etməlidir” deyə o, əlavə edib.

Türkiyə nə etməlidir?

“Şərqi Türkistanın tək dayağı islam ölkələri və türk dünyasıdır. Türk dünyası deyiləndə ağla Türkiyə gəlir. Şərqi Türkistan xalqının Məkkədən sonrakı qibləsi Türkiyədir. Əsrlərdir bu belədir. Bu səbəbdən Türkiyə bu problemi ya BMT ilə həll etməli, ya da Çin ilə əlaqələrini inkişaf etdirməlidir. Türkiyənin üzərinə düşən məsuliyyəti yerinə yetirməsi lazımdır” deyə Sezgin gözləntilərini dilə gətirib.

Çinin türk düşmənliyi: "Təzyiq" müsəlmanlara yox, türklərədir...

İnterpress.az