Hesabat: Qadınlara təcavüz edib diri-diri yandırırlarbackend

Hesabat: Qadınlara təcavüz edib diri-diri yandırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat BMT-nin hesabatında yer alıb. Qadınlara təcavüz edənlər isə hərbçilər olub.

Hesabata görə ordu ölkədə heç bir sərhəd tanımadan dəhşətli cinayətlərə al atır.

115 zərərçəkən və şahidin ifadəsinə əsasən hazırlanan sənəddə ordu və orduya bağlı qrupların ev və iş yerlərini yandırdıqları, 100 mindən artıq insanı köçə məcbur etdikləri, insanları qəddarlqıla qətlə yetirdikləri əksini tapıb: “Şahidlərin ifadəsinə görə ordu və ona bağlı qruplar çox sayda qadın və qızı qaçıraraq onlara təcavüz edib, bəzilərini isə evdə diri-diri yandırıb”.

Qeyd edək ki, Cənubi Sudanda 2013-cü ilin sonundan başlayaraq gərginləşən vəziyyət 2 miyona yaxın insanı evindən didərgin salıb. 293 min nəfər qonşu ölkələrə sığınıb. 120 min nəfər isə BMT-nin düşərgələrində yerləşdirilib.

İnterpress.az