İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı baş nazir Əhməd Davudoğlu verib.
“Vecdinin müdafiə naziri olması haqda namizədliyi dünən prezident Ərdoğana təqdim edilmişdi. Onun bu məsələdə təcrübəsi çox böyükdür. Müxtəlif illərdə 3 dəfə bu vəzifəni daşıyıb”.
Koalisiya hökumətinə dair verilən suala Davudoğlu belə cavab verib: “Millət bizə “Razılaşın və hökumət qurun” dedi. Razılaşmamaq millətə hörmətsizlik kimi olar.
Görürsünüz ki, indiki halda heç bir şey ilk turda bitmir. AKP-nin digər partiyalarla danışıqları sıfırdan başlayır. İnanıram ki, 45 gün ərzində hökuməti quracağıq”.
Qeyd edək ki, Mehmet Vecdi Könül 29 noyabr 1939-cu ildə Ərzincanda doğulub.
Ankara Universitetinin Siyasi məlumatlar fakültəsini bitirib. Magistraturanı ABŞ-ın Cənubi Kaliforniya Universitetində Dövlət İdarəçiliyi sahəsində tamamlayıb.
Rütbəsi polkovnik-leytenant olan Gönül bir çox şəhərlərin valisi olub, Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Bir neçə dəfə millət vəkili seçilən yeni müdafiə nazirinin 3 uşağı var.
İnterpress.az