Türkiyədə ağır yol qəzası: 15 ölü – VİDEObackend

Türkiyədə ağır yol qəzası: 15 ölü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 05:30-da qeydə alınıb.

Manisanın Gölmarmara rayonunun Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub. Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.

Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.



İnterpress.az