Y. Varufakis bildirib ki, onun vəzifədə qalması Afina ilə kreditorlar arasındakı danışıqları mürəkkəbləşdirir: “Referendumun nəticələrinin elan olunmasından sonra mənə məlumat verdilər ki, danışıqların avropalı iştirakçılarından bir hissəsi və digər “tərəfdaşlar” məni danışıqların iştirakçısı kimi görmək istəmir və Tsipras onlar üçün daha əlverişli fiqur kimi qiymətləndirilir”.
Y. Varufakis baş nazir Aleksis Tsiprasın və hökumətin siyasətini tam dəstəklədiyini söyləyib.
İnterpress.az