İnterpress.az xəbər verir ki, hadisə Ust-Bolşereçsk rayonunda baş verib. Yerli sakin qəsəbəsinin yaxınlığındakı yolda “Nissan Sunny” avtomobili gördüyünü bildirib. Maşında donmuş halda iki kişi olub.
Hadisə yerinə polislər və təcili yardım gedib. Araşdırma zamanı aşkar olub ki, Oktyabrsk rayonunun sakini, 25 yaşlı işsiz gənc tanışının maşınının açarını gizli götürüb. Sonra 32 yaşlı dostuyla bir az gəzmək istəyib. Lakin maşın tara ilişib. Maşındakılar tardan xilas olmaq istəsələr də, bunu bacarmayıblar. Daha sonra maşının salonunda yatıblar. Nəticədə şəxslərdən biri donaraq ölüb, digəri isə donvurmadan xəstəxanaya yerləşdirilib.
İnterpress.az