“Rublun ucuzlaşması Azərbaycana da təhlükə yaradır” – Dünya Bankıbackend

“Rublun ucuzlaşması Azərbaycana da təhlükə yaradır” – Dünya Bankı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.

Nəşr Dünya Bankının məlumatlarına istinadən bildirib ki, bu ölkələr 2015-ci ildə 10 milyard dollardan çox itirə bilərlər. Rusiyadakı iqtisadi enişdən sonra bir çox miqrant oranı tərk etmək istəyir.

İngiltərə qəzeti əlavə edib ki, rublun dəyərdən düşməsi bəzi ölkələrdə siyasi böhrana gətirib çıxarda bilər:“Bölgə iqtisadiyyatı bir – biriylə sıx əlaqədədir və rublun düşməsi həmin ölkələrin valyutalarına təsir edir. Artıq Türkmənistan valyutası dəyərdən düşüb. Bunun davamı da gələ bilər”.

Dünya Bankının hesablamalarına görə, pul köçürmələrindən Ermənistan iqtisadiyyatı 21 faiz, Gürcüstan 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova 25 faiz,Tacikstan 42 faiz, Ukrayna 5,5 faiz, Litva 4,5 faiz, Azərbaycan 2,5 faiz, Özbəkistan isə 12 faiz asılıdır. Qəzetin yazdığına görə bu ölkələrin pul köçürmələrinin böyük əksəriyyəti Rusiyadan edilir.

İnterpress.az