ABŞ Federal Aviasiya İdarəsi (FAA) keyfiyyətə nəzarəti yaxşılaşdırmaq üçün MAX tipli təyyarələrin, o cümlədən Boeing 737 MAX 9-un istehsalının genişləndirilməsinə icazə verməyəcəyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
FAA-nın verdiyi açıqlamada yanvarın 5-də uçuş əsnasında Boeing 737 MAX 9 tipli təyyarənin gövdəsindən parça qoparaq meydana gələn hadisə xatırladılıb və bu hadisənin bir daha təkrarlanmaması lazım olduğu bildirilib.
Bu çərçivədə, FAA-nın hər bir təyyarənin təhlükəsiz olmasını təmin etmək üçün əlavə tədbirlər elan etdiyi və Boeing-ə 737 MAX 9 da daxil olmaqla MAX tipli təyyarələrin istehsalının genişləndirilməsinə icazə verilməyəcəyi bildirildi.
Açıqlamada, həmçinin, FAA-nın uçmasına icazə verilməyən 171 ədəd “737 MAX 9” təyyarəsinin hər birində aparılmalı olan hərtərəfli yoxlama və texniki xidmət prosesini təsdiqlədiyi və yoxlamalarının uğurla başa çatdığı açıqlanıb.
Bəyanatda fikirlərini əks etdirən FAA Administratoru Mike Whitaker, proses zamanı yaranan keyfiyyətə nəzarət problemlərinin həll olunduğundan əmin olana qədər Boeing-dən istehsalı genişləndirmək və ya 737 MAX üçün əlavə istehsal xətlərini təsdiqləmək üçün heç bir tələbi qəbul etməyəcəklərini qeyd etdi. həll edilmişdir.