ABŞ-ın müdafiə naziri: “İyirmi ölkə Ukraynaya yeni yardım elan edib”backend

ABŞ-ın müdafiə naziri: “İyirmi ölkə Ukraynaya yeni yardım elan edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyirmi ölkə Ukraynaya yeni təhlükəsizlik yardım paketlərini elan edib.

Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri qeyd edib ki, xüsusilə, Avstraliya və Kanada M777 haubitsaları verəcəklərini vəd ediblər və cəmi dörd həftə ərzində bütün bu sistemlər ukraynalılara çatdırılıb.

Ostinin sözlərinə görə, Britaniya raketlər və yeni qısa mənzilli müdafiə sistemi təqdim edib. Çexiya Rusiyaya qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş helikopterləri, tanklar və raket sistemləri bağışlayıb. Danimarka isə Ukraynaya “Harpoon” gəmi əleyhinə raketləri və buraxılış qurğularını təhvil verəcək. Onlar dəniz blokadasını dəf etməyə kömək edə bilərlər. Silah Rusiya hərbi gəmilərini batırmağa qadirdir.

O, İtaliya, Yunanıstan, Norveç və Polşa da daxil olmaqla, bir neçə ölkənin kritik ehtiyac duyulan artilleriya sistemləri və sursatlarını təhvil verdiyini açıqlayıb.