ABŞ-nin iki hərbi gəmisi TOQQUŞDU – Xəsarət alanlar varbackend

ABŞ-nin iki hərbi gəmisi TOQQUŞDU – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika sahillərində iki ABŞ hərbi gəmisi toqquşub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Cənubi Amerika sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisi arasında toqquşma baş verib.

Hadisə nəticəsində gəmilərdə olan iki nəfərin xəsarət aldığı bildirilir.

Yaralıların vəziyyəti və hərbi gəmilərin adları hələlik rəsmən açıqlanmayıb.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verdiyi məlum deyil.

Hazırda gəmilərə dəymiş ziyanın miqyası müəyyənləşdirilir və baş vermiş hadisə ilə bağlı genişmiqyaslı təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.az