ABŞ Senatının Ədliyyə Komitəsinin keçirdiyi iclasda iştirak edən sosial media platforması rəhbərləri uşaqlara qarşı cinsi istismarın qarşısının alınması ilə bağlı senatorların suallarını cavablandırıblar.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Təxminən 4 saat davam edən və Meta-dan (Facebook) Mark Zukerberq, X-dən Linda Yaccarino, TikTok-dan Shou Zi Chew, Discord-dan Ceyson Citron və Snap-dan Evan Şpigelin qatıldığı sessiyada zaman zaman gərginlik artıb.
Senatorlar sosial media platformalarının idarəçilərinin uşaq zorakılığının qarşısının alınması üçün qanunu tam dəstəkləməməsindən şikayətlənərək, bu qanunun qəbul edilməsini və sözügedən idarəçilərin məsuliyyətə cəlb olunmasını müdafiə ediblər.
Bununla belə, bir çox senatorlar ABŞ-da illərdir onlayn platformalara nəzarət üçün heç bir qanunun qəbul edilmədiyini də vurğulayıblar.
Respublikaçı senator Lindsey Graham da salonda sosial media qurbanlarının ailələrinə işarə etdi və platforma idarəçilərinin lazımi tədbirləri görməməkdə günahkar olduğunu müdafiə edib.
Graham Meta CEO Zuckerberə “Əlləriniz qanlıdır” deyə müraciət edərkən, ABŞ-da sosial media platformalarını məhkəməyə verməkdən qoruyan “Bölmə 230” adlı qanuni tənzimləmənin dərhal ləğv edilməsi lazım olduğunu bildirib.