Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.
1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.
Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.