Adil Vəliyev: “Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil, zorla da buna ehtiyac yoxdur”backend

Adil Vəliyev: “Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil, zorla da buna ehtiyac yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ailə institutunun möhkəmləndirilməsi üçün bir cox təşkilati hüquqi tədbirlər görülsə də təbii ki bu tam deyil: “Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Huquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və sair buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, zorla da bunun qarşısını almağa elə də ehtiyac yoxdur”.

Şöbə müdiri bildirib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir: “Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşaiyət olunsun. Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intiriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir”.