Aleksey Navalnının öldüyü həbsxananın rəisi istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyalı müxalifətçi Aleksey Navalnının vəfat etdiyi 3 nömrəli islah koloniyasının (İK-3) rəisi vəzifəsindən gedib.
Məlumata görə, 2021-ci ildən sözügedən müəssisəyə rəhbərlik edən Kalinin istefa verib.
Artıq həbsxanaya yeni rəis təyin edilib. İK-3-ün yeni rəhbəri polkovnik İqor Miqanoviç olub.
Sabiq rəisin işdən ayrılmasının konkret səbəbləri barədə rəsmi məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






