Almaniyada DƏHŞƏT: Miqrant tanımadığı qızı özü ilə birgə qatarın altına ATDI – FOTObackend

Almaniyada DƏHŞƏT: Miqrant tanımadığı qızı özü ilə birgə qatarın altına ATDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada miqrant tanımadığı gənc qızı tutaraq özü ilə birgə qatarın altına atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Almaniyada metropoliten stansiyasında qanlı faciə yaşanıb. 18 yaşlı gənc qız platformada qatar gözlədiyi vaxt ona 25 yaşlı Cənubi Sudan mənşəli miqrant yaxınlaşıb. Qız həmin şəxsə heç bir diqqət yetirməsə də, hadisə qəfil və amansız şəkildə cərəyan edib.

Kişi qəfildən qızı qucaqlayaraq “Səni də özümlə aparıram!” deyə qışqırıb və onunla birlikdə relslərin üzərinə tullanıb.

Saniyələr sonra yaxınlaşan qatar hər iki şəxsi vurub. Hadisə nəticəsində həm 18 yaşlı qız, həm də 25 yaşlı miqrant aldığı xəsarətlərdən yerindəcə keçiniblər.

Polis araşdırması zamanı məlum olub ki, onlar əvvəllər bir-birlərini tanımayıblar.

İstintaqın versiyasına görə, kişi intihar etmək qərarına gəlib, lakin dünyadan tək köçmək istəmədiyi üçün təsadüfi bir sərnişini özü ilə ölümə aparıb.

Xuraman Etibarlı

İnterpress.az