Almaniyanın baş ravvini: “Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb”backend

Almaniyanın baş ravvini: “Azərbaycan əsrlər boyu yəhudilərə qayğı ilə yanaşıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan yəhudilərə əsrlərlə qayğı ilə yanaşıb”.

“Report” xəbər verir ki, bunu Almaniya Ravvinlər Konfransının prezidenti Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimində deyib.

A.Apel çıxışında bütün dünyanı İranda nüvə silahının yayılmasının qarşısını almağa çağırıb və Azərbaycanı bu prosesdə rolunu xüsusi vurğulayıb:

“Azərbaycan əhalisi şiə olan, yəhudilərə əsrlər boyu qayğı ilə yanaşılan, antisemitizmin olmadığı, İranın qarşısını alan ölkədir”.

“Təəssüf ki, ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan bu müsəlman ölkəsi Avropa İttifaqı ölkələrindən lazımi dəstək almır, əksinə, Fransa Senatı Avropanın təhlükəsizliyini qoruyan və sərhədlərini qoruyan vicdanlı mövqeyi ilə seçilən ölkədən neft və qaza embarqo qoyulmasına çağırıb”, – A.Apel xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, tədbirdə Almaniyanın xarici işlər naziri Annalena Berbok da iştirak edib.