Amerikalı qadın manyak atasının təkidi ilə 70-ə qədər qurbanın cəsədini gizlədib – FOTObackend

Amerikalı qadın manyak atasının təkidi ilə 70-ə qədər qurbanın cəsədini gizlədib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də yerli sakin hüquq-mühafizə orqanlarının əməkdaşlarına 10 il əvvəl ölən və serial manyakı olan 70 yaşlı atası haqqında danışıb.

Hadisə Ayova ştatında baş verib.

Sakinin dediyinə görə, 30 il ərzində atası 70-ə yaxın qadını öldürüb. O, qadınları yük maşınına cəlb etdikdən sonra orada qətlə yetirirmiş. Həmişə uşaqları ilə gəzdiyindən kişinin maşını heç zaman yoxlanılmayıb.

Qadının sözlərinə görə, o və qardaşı cəsədləri gizlətməkdə atalarına kömək etmək məcburiyyətində qalıblar (qardaşı intihar etdiyinə görə bunu təsdiqləmək mümkün olmayıb).

“O, bizə quyuya getdiyini deyirdi. Mən bunun nə demək olduğunu bilirdim”, – deyə qadın olanları dəhşət içində xatırlayır.

İstintaqın ilkin versiyasına görə, həmin şəxs bir-birinə oxşayan və əsasən fahişəliklə məşğul olan qurbanları seçirmiş.