Türkiyədə 2022-ci ildən bəri axtarışda olan Qazaxıstan vətəndaşı saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Türkiyədə 2022-ci ildən bəri beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Müvafiq əməliyyat Qazaxıstan Daxili İşlər Nazirliyinin cinayət axtarış idarələrinin əməkdaşları və ölkənin Antalyadakı Baş Konsulluğunun dəstəyi ilə həyata keçirilib.
İstintaqın məlumatına görə, saxlanılan şəxs 2021-ci ilin avqust-sentyabr aylarında bir qrup şəxslə əlbir olaraq fırıldaqçılıq yolu ilə 6 milyon tengədən (təxminən 22 min manat) çox vəsaiti mənimsəyib.
O, iyulun 16-da rəsmən Türkiyədən Qazaxıstana deportasiya edilib.
Məlumata əsasən, 2026-cı ilin əvvəlindən bəri fırıldaqçılıq maddəsi ilə axtarışda olan dörd fərqli şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Həmin cinayət işləri üzrə qeydə alınan ümumi maddi ziyanın məbləği təxminən 568 milyon tengə (təxminən 2,1 milyon manat) təşkil edib.
Xuraman Etibarlı
İnterpress.аz






