Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıbbackend

Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Mərkəzi Bankı bu ilin ilk iclasında 3 əsas siyasət dərəcəsini bazar gözləntilərinə uyğun olaraq sabit saxlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Mərkəzi Bankının (AMB) pul siyasəti qərarı ilə bağlı verdiyi açıqlamada Bankın yenidən maliyyələşdirmə dərəcəsini 4,50 faiz, depozit faizini 4 faiz, marjinal maliyyələşdirmə faizini isə 4,75 faiz səviyyəsində sabit saxladığı bildirilib.

Beləliklə, ilin ilk iclasında üç əsas siyasət dərəcəsi ardıcıl üçüncü dəfə sabit saxlanıldı, faiz dərəcələri isə avro tarixində ən yüksək səviyyədə qalmağa davam edib.

ECB 2022-ci ilin iyul ayından bəri ardıcıl 10 iclasında faiz dərəcələrini cəmi 450 baza bəndi artırıb.

Keçən il də faiz artımını davam etdirən ECB, 2023-cü ilin sentyabrında keçirdiyi iclasda yenidən maliyyələşdirmə dərəcəsini 4,50 faizə qaldırdıqdan sonra oktyabr və dekabr aylarında keçirdiyi iclaslarda heç bir dəyişiklik etməyib.

Faiz qərarı mətnində ECB faiz addımlarının real iqtisadiyyata hərtərəfli təsir göstərməyə və inflyasiyanı azaltmağa davam edəcəyini bildirib.