Avstriya hökuməti karantin qaydalarının yumşaldılmayacağını elan edibbackend

Avstriya hökuməti karantin qaydalarının yumşaldılmayacağını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya hökuməti martın 22-də keçirdiyi mətbuat konfransında karantin qaydalarının hələlik yumşaldılmayacağını elan edib.

Federal Kansler Sebastian Kurts karantin qaydalarının yumşaldılması ilə bağlı qərarın Pasxa bayramından sonra (aprelin il ongünlüyü) veriləcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün əsas parametrlər təkcə ölkədə yoluxma səviyyəsi deyil, eyni zamanda, vaksinasiya prosesinin gedişatı və xəstəxanaların reanimasiya şöbələrindəki xəstələrin sayı da olacaq. Bundan başqa karantin qaydaları ilə bağlı regionallaşma bundan sonra da davam etdiriləcək. Ölkənin qərb regionlarında bir sıra yünülləşdirmələrin artıq qüvvəyə minməsinə baxmayaraq, paytaxt Vyananın da daxil olduğu şərqi regionlarda vəziyyət hələ də ciddi olaraq qalır.

Ötən həftələrdə qastronomiya obyektlərinin fəaliyyətinin bərpası istiqamətində tələblər səsləndirilsə də, hökumət bu məsələdə sərt mövqeyini qoruyub və yalnız pilot layihə olaraq Forarlberq əyalətində kafe və restoranların yalnız bayırda xidmət göstərməsinə icazə verilib.

Həmçinin bildirilib ki, Milad bayramı dövründə xüsusi sərtləşdirici qaydaların tətbiqinə baxmayaraq, qarşıdan gələn Pasxa bayramında belə bir məhdudiyyət tətbiq olunmayacaq.

 

 

 

 

İnterpress.az