Avstriyalı futbolçu milli komandaların oyunları tarixində ən sürətli qolu vurubbackend

Avstriyalı futbolçu milli komandaların oyunları tarixində ən sürətli qolu vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avstriya yığması yoldaşlıq görüşündə Slovakiya yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Görüş Bratislavada (Slovakiya) baş tutub.

Qaliblərin qollarını Kristof Baumqartner (1-ci dəqiqə) və Andreas Veymann (83) vurub.

Matçın altıncı saniyəsində Baumqartner fərqlənib. Bu, milli komandaların oyunlarında rekord göstərici olub. Bundan əvvəlki rekord 2013-cü il mayın 29-da Ekvadorla yoldaşlıq oyununda yeddinci saniyədə qol vuran almaniyalı hücumçu Lukas Podolskiyə məxsus idi.