2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.
İnterpress.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.
Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 4,1 % çox olacaq.