Son illər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur.
Bu barədə İnterpress.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, ali təhsilin bakalavr səviyyəsinə qəbul olunan tələbələrin sayı 2022-ci illə müqayisədə 4,7 faiz artaraq 52,9 min nəfər olub. Qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,8 faiz olub ki, onların da 76,6 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Məlumata görə, hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 faizi təqaüd alır.