Azərbaycanda faciə: Vətən müharibəsi iştirakçısı ölən sevgilisinə görə özünü öldürdü – VİDEObackend

Azərbaycanda faciə: Vətən müharibəsi iştirakçısı ölən sevgilisinə görə özünü öldürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Neftçalada baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

İnterpress.az xəbər verir ki, APA TV-nin xəbərinə görə, rayonun Cəngan kənd sakini, 23 yaşlı İmadəddin Cəfərov həyətdəki yarımtikilidə özünü asıb.

Şahidlərin dediyinə görə, İmaməddin rayonun Ərəbqardaşbəyli kəndində yaşayan xalası qızını sevirmiş. O, həqiqi hərbi xidmətdə olduğu zaman xalası qızı başqasına nişanlanıb. Qızın üç ay əvvəl özünə qəsd etməsini eşidən oğlan da özünü asıb. Onun cibindən aşkarlanan məktubda “Mən onsuz qala bilmirəm. O gedibsə, mən də onun yanına gedirəm” sözləri yazılıb.

İmadəddinin atası Qulam kişi danışmaq istəməsə də kənd sakinləri bəzi təfərrüatları əməkdaşımıza şifahi olaraq deyiblər.

Onların sözlərinə görə, ailədə bir bacı və qardaş olan İmaməddin həqiqi hərbi xidmət keçərkən 44 günlük Vətən Müharibəsində iştirak edib. Bir neçə ay bundan əvvəl hərbi xidmətdən tərxis olunan 23 yaşlı gənc xalası qızı Könül Bağırovanı sevirmiş. O, hərbi xidmətdə olarkən 21 yaşlı xalası qızı Könül Bağırova nişanlanıb. Bir müddət öncə xalası qızı intihar edir. Bundan sonra da İmadəddin də özünü asıb.