Mayın 30-da Zəngilanda, mayın 31-də isə Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbirin təşkilatçısı olan Minatəmizləmə Agentliyi (ANAMA) bununla bağlı hazırlıqlara başlayıb.
Konfransla bağlı ölkəyə gələcək xarici qonaqlara Azərbaycanın tarixini, mədəniyyətini və xalqımızın qonaqpərvərliyini təcəssüm etdirən xatirə hədiyyəsi veriləcək. Qonaqların Ağalı kəndinə səfəri də nəzərdə tutulur.